İnterpress.az xəbər verir ki, Fransanın “Reyms” klubunun müdafiəçisi Antuan Kont qətl törədib. Istipress.com-un məlumatına görə, buna səbəb küçə ilə gedərkən bir nəfərin onun həyat yoldaşına söz atması olub.
Arada yaranan mübahisədən sonra evinə gedən və əlində beyzbol dəyənəyi ilə gələn 22 yaşlı oyunçu güclü zərbə ilə rəqibinə xəsarət yetirib. Ciddi kəllə-beyin travması alan həmin şəxs isə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, həbs edilən Kont bir gün sonra zaminə buraxılıb. Onu 5 ilə qədər həbs gözləyir.
İnterpress.az