Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından İnterpress.az-a bildirilib ki, bu gün tələbələrAzərbaycan Gimnastika Federasiyasının qonaqları oldular. Milli Gimnastika Arenasında keçirilən səfər olduqca maraqlı və faydalı oldu. Səfər zamanı, tələbələr Federasiya, Milli komandamız, yerli və beynəlxalq yarışlar, eləcədə gimnastika növləri haqqında ətraflı məlumat aldılar. Həmçinin, AGF nümayəndələri tələbələr ilə ötən il Bakıda keçirilən Bakı2015 ilk Avropa Oyunları zamanı arenada keçirilən oyunların professional təhlilini etdilər.
Maraqlı məqam odur ki, iki saatdan artıq keçirilən səfərdən sonra heç bir tələbə yorğun görünmürdü, əksinə, səfər onları idmanın yeni zirvələri fəht etməyə, məşqlər zamanı daha da möhkəm olmağa və gələcəkdə Vətəni dünya idman arenasında layiqincə təqdim etməyə həvəsləndirdi.
Belə bir səfərlər Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasının tələbələri üçün yenilik deyil. Bundan öncə səfər etdikləri Azərbaycan Boks Federasiyası onlar üçün çox maraqlı və faydalı oldu. Bu kimi təqbirlər gələcək idmançıların formalaşmasında mühüm rol oynayır.
Bizi sosial şəbəkələrdə izləyin:
İnterpress.az