AFFA Klublar Komitəsinə yeni sədr seçilibbackend

AFFA Klublar Komitəsinə yeni sədr seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın \”Report\”a istinadən məlumatına görə, seçki KK-nın bugünkü iclası çərçivəsində baş tutub.

Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 klub rəsmisinin qatıldığı toplantıda Kamran Quliyev yeni sədr seçilib. \”Sumqayıt\”ın prezidenti komitəyə növbəti bir il müddətinə rəhbərlik edəcək.

K.Quliyev 8 səsdən 7-ni qazanıb. Bir nəfər isə \”Qarabağ\”ın direktoru Əmrah Çəlikələ səs verib. Çox güman ki, bu, elə yeni prezident olub.

Qeyd edək ki, KK-nın ilk sədri \”Xəzər Lənkəran\”ın vitse-prezidenti Tuyqun Nadirov olub. Bundan sonra AZAL-ın vitse-pezidenti Fikrət Hüseynov quruma rəhbər seçilib. Göründüyü kimi, Quliyev komitəyə başçılıq edəcək ilk klub prezidenti olub.

İnterpress.az