2017-ci il Formula-1 Qran Prisində hansı yeniliklər olacaq?
İnterpress.az xəbər verir ki, mövzu ilə ilə bağlı \”Baku Grand Prix\” şirkətinin milli mətbuat katibi, Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib.
Mətbuat katibi Formula-1 Qran Prisi üçün nəzərdə tutulmuş trasın konfiqurasiyasının dəyişməyəcəyini bildirib.
“2016-ci ildə olduğu kimi bolidlər şəhərin mərkəzi küçələrində hərəkət edəcək. Tikinti işlərinin miqyası daha az olacaq. Çünki asfalt qatı olduğu kimi qalıb. Tribunalar və başqa qurğular bir dəfə sifariş olunub və həmin qurğulardan yenidən istifadə olunacaq”.
Nigar Arpadarai qeyd edib ki, keçən yarış zamanı olduğu kimi zəngin və maraqlı konsert proqramı 2017-ci ildə də keçiriləcək.
“Könüllülərin sayına gəldikdə isə 2016-ci ildə yarışlara 5000 könüllü cəlb olunmuşdu. Amma 2017-də isə yarışlara 3000 könüllü cəlb olunacaq”.
Mətbuat katibi həmçinin 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletlərinin dekabrın 2-dən etibarən satışa çıxarıldığını deyib.
“Satışa çıxarılan biletlərin sayının 30 000-dir. Qran Priyə maraq isə çox yaxşıdır. Hətta bilet sifariş edənlər arasında xarici ölkə vətəndaşları da var. Daha çox isə Rusiya, Britaniya və s. kimi ölkələrin vətəndaşları artıq biletlər sifariş ediblər.(modern)
İnterpress.az