Futbolçu Faiq Cabbarov dünyasını dəyişdibackend

Futbolçu Faiq Cabbarov dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 44 yaşlı sabiq futbolçu haqqında yayılan ölüm xəbəri dəqiqləşib. Karyerasına doğma klubu olan \”Kəpəz\”də başlayan Cabbarov, 2005-ci ildə məhz Gəncə təmsilçisinin heyətində futbolla vidalaşıb.

1993-98-ci illərdə yığmamızın şərəfini qoruyan F.Cabbarov 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. 2000-ci ildə keçirilən sorğuda ölkəmizin ən yaxşı futbolçusu adına layiq görülən müdafiəçi \”Neftçi\”nində şərəfini qoruyub. Cabbarov ümumilikdə \”Kəpəz\”in heyətində 195 oyuna 19 qol vurub.
Allah rəhmət eləsin!

İnterpress.az