Banqladeşdə “Donald Tramp” ləqəbli öküz Qurban bayramında kəsiləcək.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Banqladeşdə çəkisi 700 kiloqram olan “Donald Tramp” ləqəbli ağ öküz internetdə böyük marağa səbəb olub.
Heyvanın ABŞ prezidentinə bənzədildiyi üçün yerli əhali arasında “ulduz”a çevrildiyi bildirilir.
Artıq gələn çərşənbə axşamı, Qurban bayramı münasibətilə “Donald Tramp” ləqəbli bu heyvan kəsiləcək.
Heyvanın sahibi onun bu qədər məşhurlaşacağını və bayram üçün seçilən qurbanlıqlar arasında ən diqqətçəkən olacağını gözləmədiyini qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az






