75 yaşlı kişi dörd gün liftdə QALDI – FOTObackend

75 yaşlı kişi dörd gün liftdə QALDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada 75 yaşlı kişi dörd gün liftin içində qapalı qalıb.

Interpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniyanın Osnabrük şəhərində 75 yaşlı kişi öz evində liftin içində dörd gün ərzində qida və su olmadan qalıb. Hadisə iyul ayında baş verib, lakin polis yalnız indi məlumat yayıb.

Nəşrin məlumatına görə, elektrik sistemindəki nasazlıq həm liftin, həm də yardım çağırış düyməsinin işləməməsinə səbəb olub.

Kişinin telefonu olmadığı üçün o, yaxınları ilə əlaqə saxlaya bilməyib və kabinanın panellərini qoparmağa çalışsa da, özbaşına çıxış edə bilməyib.

Nəhayət, narahat olan oğlu atasının əlaqə saxlamamasından dolayı polisi çağırıb.

Polis hadisə yerinə çatanda liftdən zəif səslə danışan kişinin səsini eşidib. Xəstəxanaya aparılan kişi ciddi dərəcədə susuz qalıb.

Avqust ayının sonunda sağaldıqdan sonra o, xilasedicilərini qəhvəyə dəvət edib və bildirib ki, “polis ilə heç vaxt dost olmayıb, amma o anda polis səsini eşitdiyinə sevinib”.

Xuraman Etibarlı

Interpress.az