Tanrının Elçi Bəyi – Böyük bəyi xanım silahdaşları anladır – VİDEObackend

Tanrının Elçi Bəyi – Böyük bəyi xanım silahdaşları anladır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əli ilə yüksəltdiyi yurdunu belə yırtıcı qurd kimi talayıb, ona xəyanət etdilər…
Əslində, hakimiyyətdən getməsi həm də pulun qarşısında dayana bilməyib, ustadına kəm baxanlara bir silləydi…
Türkiyə türkü olan bir dostumuz deyir ki, ağır Kələki günlərində məni çağıtdırmışdı. Məndən hakimiyyətə gəlməsi və ya şəxsi işləri ilə bağlı nəsə istəyəcəyini gözləyirdim. Ancaq Bəy məndən Avropadakı güney azərbaycanlıları təşkilatlandırmağımı istədi. Əbülfəz Elçibəy ona görə, Böyük Bəy idi!
Elçibəyə çoxları xəyanət etdi. Ramiz Rövşən demişkən, hər yerindən duran ona daş atdı:
Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?

Silərsən gözündən axan yaşları
Öpüb əzizlərsən sən o daşları.
Deyərsən: “Sağ olun, qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!”
Ancaq ona heç vaxt xəyanət etməyən, vəfatından sonra da onun əziz xatirəsini qoruyub saxlayan Milli Azadlıq Hərəkatının igid xanımları oldu. Bu səbəbdən də, çalışdıq o xanımların Əbülfəz Elçibəyin 80 illiyi ilə bağlı düşüncələrini eşidək. Çünki onlar daha səmimidirlər. Çünki onlar Elçibəyi anladarkən, ruhları ilə də Böyük Bəyi xatırlayırlar…
Doğum günün qutlu olsun, Bəy!

İnterpress.az