“ATƏT-in monitorinq qrupunu cəbhə xəttinə buraxmaq olmaz”.
İnterpress.az xəbər verir ki, bunu Real.tv-nin efirində Milli Məclisin deputatı Aqil Abbas deyib.
A.Abbas monitorinq qrupunu təmas xəttinə buraxmamağı təklif edib.
Onun sözlərinə görə, qrupun üzvləri cəbhə xəttində Azərbaycan ordusunun postlarını, dislokasiya yerlərini görür və erməni tərəfə çatdırır: “Hər gün azı 130-140 dəfə atəşkəs pozulur. Monitorinq qrupu gələndə bir neçə saatlıq fasilə yaranır. Qrup onu yoxlayır ki, biz bir addım irəli getmişik, ya yox. İrəliləmiş olsaq, geri qayıtmağı tələb edəcəklər. Monitorinq bitən kimi atəşkəsin pozulması davam edir”.
İnterpress.az