ATƏT-in 25 ildə əlindən bir iş gəlmədisə, çıxıb getsin – GAK sədribackend

ATƏT-in 25 ildə əlindən bir iş gəlmədisə, çıxıb getsin – GAK sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Qarabağ problemi bütün 50 milyonluq azərbaycanlının problemidir. Ona görə də hər kəs əl-ələ verib öz torpağının azad olunması istiqamətində canını belə qoymalıdır\”.

İnterpress.az xəbər verir ki, bu fikri Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilarçılığı ilə keçirilən Uluslararası Qarabağ Forumunda çıxış edən Güney Azərbaycanlıları Konqresinin sədri Cavanşir Haşimi bildirib.

O deyib ki, dəfələrlə xaricdə Azərbaycanın Qarabağ problemi onların təşkilatçılığı ilə müzakirə edilib:

\”Son tədbirlərin birində ATƏT-dən də nümayəndələr də var idi, emənilər də var idi. Biz sual verdik ki, ATƏT-in əgər bu 25 ildə əlindən bir iş gəlmirsə, çıxıb getsin biz də işimizi bilək və başqa yollar axtaraq. Bizim hərəmiz bu blokada şəraitinin yarılmasında əlimizdən gələni etməliyik. Azərbaycanlının torpağı işğal olan yerdə həmin azərbaycanlı necə rahat yata bilər. Buna görə narahat olmağı bizə həm dinimiz, həm mədəniyyətimiz, həm də milli kimliyimiz aşılayır. Ona görə də hər kəs əl-ələ verib öz torpağının azad olunması istiqamətində canını belə qoymalıdır. Qarabağ problemi bütün 50 milyonluq azərbaycanlının problemidir\”

Səid Qərib
İnterpress.az