Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatları keçirə bilər – Qafar Çaxmaqlıbackend

Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatları keçirə bilər – Qafar Çaxmaqlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Dağlıq Qarabağda erməni tərəfi abadlıq işləri adı ilə külli miqdarda vəsait qoyublar. Kəlbəcərdən Dağlıq Qarabağa yol çəkiblər. Yəni, Ermənistanın bu əraziləri Azərbaycana qaytarrmaq fikri yoxdur. ATƏT-in apardığı müzakirələr də fiksiyalardır ki, bizim başımızı qatmaq üçün nəzəərdə tutulub. Ermənistan cəmiyyətinin fikri odur ki, bu torpaqlar onların özününküləşdirilsin\”.

İnterpress.az xəbər verir ki, bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə keçirilən Uluslararası Qarabağ Forumunda ermənişünas alim Qafar Çaxmaqlı deyib.

O, erməni tərəfinin Azərbaycana qaytarmaq istədiyi işğal altında olan rayonlardan danışıb:

\”Onlar bu niyyətlərini Azərbaycana sırımaq istəyirlər. ATƏT-in Minsk qrupunun da istəyi bəllidir. Onlar da istəyir ki, Azərbaycanı bu yolla razı salsın. Təbii ki, Azərbaycan tərəfi bununla heç vaxt razılaşmayacaq. Çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır. Azərbaycan axı nə güzəştə getməlidir? Nəticə ondan ibarətdir ki, Azərbaycanı müharibəyə hazırlamaq istəyirlər. Azərbaycanın güclü ordusu var. Təbii ki, Azərbaycan hər zaman müharibəyə hazır vəziyyətdədir\”.

Q.Çaxmaqlı qeyd edib ki, Azərbaycan dövləti Dağlıq Qarabağ ərazisində anti-terror əməliyyatları keçirə bilər: \”Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bizim Ermənistanla başqa nə işimiz ola bilər ki. Bu, Azərbaycanın daxili məsələsidir. Çünki,beynəlxalq qanunlar fa istənilən dövlətin öz ərazisində anti-terror əməliyyatları keçirməsini təsdiqləyir. Bir dəfə Petrosyan deyib ki, Azərbaycanın Qarabağını qaytaraq. Buna sual veriblər ki, bəs, Qarabağın əvəzində nə alacağıq Azərbaycan tərəfindən? O da cavan verib ki, biz bunun əvəzində sülh alacağıq\”.

Səid Qərib
İnterpress.az