Türkiyə Azərbaycanda hərbi baza yaradır – ŞOK AÇIQLAMAbackend

Türkiyə Azərbaycanda hərbi baza yaradır – ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Türkiyə Azərbaycanda hərbi baza yaradacaq\”.

İnterpress.az xəbər verir ki, bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə keçirilən Uluslararası Qarabağ Forumunda politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Dağlıq Qarabağın 5 rayonunun Azərbaycana qaytarılması məsələsi var idi. Amma sonradan siyasi proseslər bu məsələnin də gündəmdən düşməsinə səbəb olub: \”Ermənistan həqiqətən də qaytarmaq istəyirdi. Amma Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi bu qaytarışın qarşısını aldı. Qarabağ məsələsində Paşinyanın Saqsyanla heç bir fərqi yoxdur. Heç ili ay deyil ki, seçilib. Ama dəfələrlə Qarabağa gəlib. Öz də hərbi təyyarə ilə Qarabağ ərazisində foto çəkdirərək paylaşması da o demək idi ki, bununla demək istəyirdi ki, yaxın vaxtda Ermənistam bu təyyarələrlə təchiz olunacaq\”.

\”Əslində, Ermənistanda hamı bilir ki, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmayana qədər onların inkişafı gözlənilmir. Mən bunu erməni saytlarından da oxuyanda görürəm. Ermənistanda Qarabağın Ermənistana məxsus olmasını təsdiqləyən siyasətçi yoxdur. Yəni, onlar özləri də bilir ki, bu torpaq Azərbaycanındır və bilirlər ki, camaatın torpağını qaytarmaq lazımdır\” – deyə, politoloq Elxan Şahinoğlu vurğulayıb.

Səid Qərib
İnterpress.az