\”Cəmiyyətin elə yüksək elitası var ki, öz ana dilində danışa bilmir. Belələri gedib Qarabağ uğrunda nə edəcək axı, bu, heç öz dilində danışa bilmir\”
İnterpress.az xəbər verir ki, bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkialtçılığı ilə keçirilən Uluslararası Qarabağ Forumunda Milli Məclisin deputatı Tahir Kərimli deyib:
\”Bir millətin ki, elitası özünün dövlət dilini bilməyə, o, hansı milli kimlikdən danışa bilər. Belələrinin Qarabağ probleminin həlli üçün nəsə addım atacağları da absurddur. Bizim Dağlıq Qarabağda anti-terror əməliyyatları da keçirmək haqqımız var. Gənclərimizin də orduya inamı, vətənpərvərlik hissi də artıb. Bunu müşahidə edirik. Çünki, bizim bu millətin fitrətində var. Amma bir məsələ də var ki, biz özümüzdən başqa bütün millətlərə oxşayırıq. Ərəbə, farsa, rusa və digər xalqlara özümüzü oxşatmağa çalışırıq\”.
T.Kərimli bildirib ki, Afrinə gedib döyüşmək istəyi camaatın onun təhqir etməsi ilə nəticələnib:
\”Bu yaxınlarda mən Afrində gedib döyüşməyimi demişdim. Amma bir professor dedi ki, Afrində deyil, get Qarabağda döyüş. Bundan sonra söyüşə və təhqirə əl atdılar. Onlar bilmirlər ki, biz Qarabağ uğrunda nələr etmişik. ATƏT yaradandan sonra onun ilk statusu dünya müharibəsindən sonra dövlətlərin sərhədlərinin toxunulmazlığını təmin etmək idi\”.
Səid Qərib
İnterpress.az