Qarabağ türk millətinin namus məsələsidir – Almaniyada yaşayan yazıçıbackend

Qarabağ türk millətinin namus məsələsidir – Almaniyada yaşayan yazıçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Qarabağ türk millətinin namus məsələsidir. Bu problem başqa xalqların problemi deyil. Türk xalqının problemidir\”.

İnterpress.az xəbər verir ki, bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə keçirilən Uluslararası Qarabağ Forumunda çıxış edən Almaniyada yaşayan yazıçı Orxan Araz deyib.

O bildirib ki, əgər, bir ölkədə əsl problemli məsələdən daha çox digər xırda məsələlər gündəmin mövzusuna çevrilirsə, burada oyanmaqdan söhbət gedə bilməz:

\”Azərbaycan ruhu ilə yaşayanlar öz maddiyyatları hesabına Avropaya getdilər. 1993-cü ilə qədər bu davam etdi. Onlar Parisə, Berlinə getdilər. Biz bunun fərqində deyil idik ki, Qorbaçov almaniyada bir poo ulduzu kimi tanınırdı. Ermənistan təbii ki, Azərbaycanın bir dövlət kimi olmasını istəmir. Eyni zamanda, Ermənistanın Türkiyənin də torpaqlarında gözü var. Bizim türk qardaşlarımız bizi dəstəkləyirlər mi? İslam dünyasında bu gün Qarabağ məsələsi müzakirə olunmur. İslam dünyasında bu gün müzakirə olunan məsələlər qısa balaqlı şalvar, yaxud da mələklər qadın cinsidir yoxsa kişi mövzularıdır. Yəhudilər var idi, bizim Almaniyada əleyhimizə çalışırdılar\”.

Səid Qərib
İnterpress.az