İnterpress.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan XİN başçılarının qarşıdan gələn görüşü ilə bağlı suala cavab verib.
O, Rusiyanın nazirlərin gözlənilən görüşündən effektiv nəticələr gözlədiyini söyləyib:
\”Əgər bu görüş razılaşdırılsa, baş tutsa, o zaman biz həqiqətən də effektiv nəticələr və yaxşı atmosfer arzulayırıq\”.
İnterpress.az