Tədqiqatlara görə atmosferdəki dəm qazları artdıqca ağacların karbondioksid təmizləmə səviyyələri də artır.
Araşdırmalar bütün meşələrin bir ildə 2,5 milyard metrik ton karbondioksidin 1,4 milyard metrik tonunu tropik meşələrin payına düşdüyünü aşkara çıxardıb. Meşələr və təbii bitki örtüyü fotosintezlə insanın buraxdığı karbondioksidin 30%-ni təmizləyir.
İnsan mənşəli karbondioksidin miqdarı artdıqca ağaclar CO2-ni daha sürətlə böyümək üçün istifadə edirlər. CO2 gübrələməsi kimi bilinən bu təsir tropik meşələrin olduğu isti bölgələrdə daha entensiv gedir. Ancaq qlobal istiləşmənin səbəb olduğu su qıtlığının ortaya çıxartdığı yanğınlar karbondioksidin miqdarını daha da artırır və insanların meşələri əkin sahələrinə çevirməsi ağacların CO2 qazını təmizləmə gücünü azaldır.
İnterpress.az