Ağ evdən bildirilib ki, bu qərar ABŞ Silahlı Qüvvələrinin Suriya münaqişəsində müttəfiqlərinə verəcəyi dəstəklə bağlı müzakirələrdən sonra qəbul edilib.
Nəşrin mənbələri Pentaqonun suriyalı üsyançılara təlim keçməsinin Əsəd qüvvələri ilə ilk açıq münaqişəyə gətirib çıxara biləcəyindən narahatlıqlarını ifadə ediblər.
“WSJ”in hərbi mənbələri bildiriblər ki, Əsəd qüvvələri ilə birbaşa toqquşma ehtimalı yüksək olmasa da, yaxın perspektivdə istisna deyil.
Pentaqon rəsmiləri isə üsyançıların hökumət qoşunları ilə mübarizə üçün deyil, \”İslam dövləti\” terror təşkilatı ilə mübarizə üçün hazırlandığını, onların Əsəd rejiminin nəzarət etdiyi ərazilərdə döyüşməməli olduğunu bildiriblər: “Əsəd qüvvələrinin üsyançıların konkret bölmələrinə hücum edəcəyinə inanmırıq”.
Ağ ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Alister Baskey ABŞ Silahlı Qüvvələrinə verilən səlahiyyətləri şərh etmək istəmədiyini bildirib.
Pentaqon nümayəndəsi Elissa Smit isə qeyd edib ki, ABŞ-ın Suriya üzrə hərbi proqramı əsasən \”İslam dövləti” terror təşkilatı ilə mübarizə üçün nəzərdə tutulub.
İnterpress.az