Bakıda bağçada bədbəxt hadisə: Dolab uşağın üzərinə aşdı – VİDEObackend

Bakıda bağçada bədbəxt hadisə: Dolab uşağın üzərinə aşdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.

Məlumatlara görə, “Gənclər evi”ndə təhsil alan dörd yaşlı uşağın üzərinə paltar dolabı aşıb. Aprelin 1-də baş verən hadisə nəticəsində azyaşlının qolu sınıb və tərbiyəçi tərəfindən dərhal xəstəxanaya çatdırılıb.

“Gənclər evi”ndən Oxu.Az-a verilən məlumata görə, uşağın həyati təhlükəsi yoxdur və vəziyyəti yaxşıdır.

“Xəsarət alan uşaq 2015-ci il təvəllüdlü Hüseyn Talıblıdır. Günün birinci yarısında “Gənclər evi” müxtəlif dərnəklər üçün istifadəyə verilir. Dərnəklərdə müxtəlif mövzularda uşaqlara dərslər keçirilir. Hadisə də həmin vaxt baş verib”.

İnterPress.az