“Sərt Brexit” halında britaniyalılar üçün vizasız rejim tətbiq olunacaqbackend

“Sərt Brexit” halında britaniyalılar üçün vizasız rejim tətbiq olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “İnterfax”a istinadən xəbər verir ki, Avropa Parlamentində bu məsələyə dair qərar əleyhinə 81 səs olmaqla 502 səslə qəbul edilib, 29 deputat bitərəf qalıb.

“Böyük Britaniya vətəndaşları Aİ-yə qısa müddətə vizasız gələ biləcək, lakin Aİ vətəndaşlarına da eyni şərtlərlə Böyük Britaniyaya getmək imkanı yaradılmalıdır”, – Avropa Parlamentinin açıqlamasında qeyd olunur.

Belə ki, britaniyalılar hər hansı 180 günlük dövrün dalbadal 90 gününü Aİ məkanında qala biləcəklər. Bu qayda Böyük Britaniyaya dair ayrıca viza sisteminin qüvvədə olduğu İrlandiyadan başqa, bütün Aİ üzvü olan ölkələrdə tətbiq olunacaq.

Sözügedən qayda Böyük Britaniyanın Aİ üzvlüyünü tərk edəcəyi andan etibarən tətbiq olunacaq. Hazırda “Brexit”in ehtimal olunan ən yaxın tarixi 12 apreldir.

İnterPress.az