Elmar Məmmədyarov: “Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşündə Sergey Lavrov da iştirak edəcək”backend

Elmar Məmmədyarov: “Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşündə Sergey Lavrov da iştirak edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ola bilsin Moskvada keçirilsin. Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək”.

İnterPress.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Münaqişənin 30 il davam etməsindən Ermənistan itirib. Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmasa gələcəyi olmayacaq: “Tbilisidən Yerevana gecə gedərkən görürsən ki Ermənistanda bir dənə də işıq yanmır. Ermənistan yeni iqtisadi layihələrdən danışır, amma orada adam qalmayıb, bütün ağıllı insanlar köçüb aşqa ölkələrə gediblər. Hökumət iqtisadi inqilabı kimnən edəcək, nə cür edəcək?”, – deyə Elmar Məmmədyarov vurğulayıb. (report)

İnterPress.az