İnterPress.az xəbər verir ki, ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan mərkəzin dəmir-beton konstruksiyaları tam quraşdırılıb. Binanın zirzəmi hissəsində hörgü işləri başa çatıb.
Qeyd edək ki, bu il bölgələrdə 5 \”ASAN xidmət\” mərkəzi, Bakıda isə 1 \”ASAN Kommunal\” mərkəzi istifadəyə veriləcək. Tovuz, Ağcabədi, Kürdəmir, Balakən və Şamaxı rayonlarında tikintisi davam etdirilən \”ASAN xidmət\” mərkəzlərinin bu ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
İnterPress.az