Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kral HHQ-nin Əməliyyat Mərkəzini ziyarət edibbackend

Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kral HHQ-nin Əməliyyat Mərkəzini ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, N.Sadıkovla Səudiyyə Ərəbistanı HHQ-nin komandanı Turki bin Bəndər bin Əbdüləziz arasında görüş keçirilib.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İnterPress.az