Ərdoğan: “Kiminsə 13-14 min səs fərqi ilə seçkini udduğunu deməyə haqqı yoxdur”backend

Ərdoğan: “Kiminsə 13-14 min səs fərqi ilə seçkini udduğunu deməyə haqqı yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşməzdən əvvəl Ankarada Atatürk hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

O, martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlı sualları cavablandırıb: “Ürəklərinin sakit olması üçün qanuni olaraq, müraciət ediləcək yerlər rayon, əyalət seçki məntəqələri, dairələri və Mərkəzi Seçki Komissiyasıdır. Nəticələrdən şikayət vermək üçün qanunla müəyyənləşdirilən müddət var. Nə vaxt bu müddət başa çatarsa onda nəticəni gözümüz üstündə qəbul edərik”.

Müxalif Cümhurriyyət Xalq Partiyasınln sədri Kamal Kılıcdaroğlu aprelin 8-də Ankarada keçirdiyi mətbuat konfarsında “Millət ittifaqı”nın İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədi Ekrem İmamoğlunun 15 min 722 səslə qalib gəldiyini vurğulayıb.

İnterPress.az