İnterpress.az-ın məlumatına görə, hadisə Fatmayi qəsəbəsi ərazisində baş verib.
Batan şəxslərin axtarışlarına FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Batan gənclərdən hələlik birinin şəxsiyyəti məlumdur. Bu, Gəncə şəhərində anadan olan və Bakıda məskunlaşan 17 yaşlı Qurbanov Namiq Nüsrət oğludur. Batan digər gəncin şəxsiyyəti dəqiqləşdirilir.
İnterpress.az