AMEA-nın əməkdaşı ev növbəsinə görə özünü doğradıbackend

AMEA-nın əməkdaşı ev növbəsinə görə özünü doğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neftkimya Prosesləri İnstitunda elmi işçi vəzifəsində çalışan 1956-cı il təvəllüdlü Bədəlli Məğrub Ağamalı oğlu qolundakı damarları kəsib. 59 yaşlı M.Bədəlli akademiyanın giriş qapısında özünə xəsarət yetirib və daha sonra təcili tibbi yardım maşını ilə 3 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, M.Bədəlli AMEA-dan ev tələb edir. O, bildirib ki, növbəyə yazılsa da, ona hələ də ev verilməyib.

Qeyd edək ki, damarını doğrayan şəxsin adı bir sıra qalmaqallı məsələlərdə hallandırılır. M.Bədəlli bir sıra dövlət təşkilatlarını və nazirlikləri məhkəməyə verib. ( lent.az )

İnterpress.az