İnterpress.az xəbər verir ki, araşdırma 500 min insanı əhatə edib. Araşdırmanın nəticəsinə görə, hər gün acılı yemək yeyən insanlar digərlərinə nisbətən daha uzunömürlü olur.
7 il davam edən araşdırmanın nəticələri \”British Medical Journal\”da yayımlanıb. Mütəxəssislər bu qənaətə gəlib ki, acı yeyənlərin vaxtsız ölüm riski daha azdır. Pekin Universitetinin klinikasında mütəxəssis qrupu ürək xəstəlikləri, qan dövranı, xərçəng və nəfəs yolu xəstəlikləri ilə bağlı nəticələri analiz edib.
Məlum olub ki, acı yemək yeyənlərdə bu xəstəliklərdən ölüm riski digər qrupa nisbətən 14 faiz daha azdır.
Araşdırma çərçivəsində 500 min insan vaxtaşırı olaraq mütəxəssislərə yedikləri yemək barədə hesabat verib. 7 il ərzində 22 min 224 nəfər dünyasını dəyişib. Araşdırmaya qatılanlarn 57 faizi həftədə bir dəfə acı yediyi halda, 31 faizi həftənin bütün günləri acı yeyib. Qalan 12 faiz isə həftənin bir neçə günü acı yemək yediyini bildirib.
Araşdırma Çin Təbii Elmlər Fondu, Elm Nazirliyi və İngiltərədə fəaliyyət göstərən fondların maliyyə dəstəyi ilə aparılıb.
İnterpress.az