“Qəbələ” “Apollon”a, “İnter” “Bilbao”ya qarşıbackend

“Qəbələ” “Apollon”a, “İnter” “Bilbao”ya qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roman Qriqorçukun komandası doğma meydanda Kiprin “Apollon” klubu ilə qarşılaşacaq.

İlk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan “qırmızı-qaralar”ın növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansı var. İstənilən hesablı qələbə və qolsuz heç-heçə komandamızı qane edir.

Bu nəticələrdən biri qeydə alınsa, o zaman \”Qəbələ\” tarixində ilk dəfə olaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaq.

Qarşılaşma saat 21:00-da başlayacaq.

Zaur Svanadzenin rəhbərlik etdiyi komanda Bakıda İspaniyanın “Atletik” klubunu qəbul edəcək.

Bilbaoda keçirilən ilk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan komandamızın mərhələ adlamağa möcüzə sayıla bilər. Maliyyə problemi səbəbindən ciddi çətinliklərlə üzləşən “İnter”in adlı-sanlı rəqibini üstələməsi inandırıcı görünmür. Bununla belə, tarixində ilk dəfə III təsnifat mərhələsində iştirak edən təmsilçimizin “Atletik”lə oyunu ölkəmizin FİFA reytinqindəki durumuna müsbət təsir edə bilər.

Qarşılaşma saat 21:00-da başlayacaq.

İnterpress.az