Açıqlamada bildirilir ki, hadisə baş verən gündən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri fasiləsiz olaraq axtarış işlərini davam etdirirlər:
“Bununla əlaqədar bildiririk ki, 30 iyul 2015-ci il tarixində FHN-in “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal həmin şəxsin axtarışına başlanılıb. Kanalın su axınının batan şəxsi Ceyranbatan su anbarına gətirməsi ehtimalını nəzərə alaraq, 1 avqust 2015-ci il tarixindən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışı anbarda davam etdiriblər. Göstərilən tarixdən bu günə kimi hər iki qurumun dalğıc-xilasediciləri fasiləsiz olaraq axtarış işlərini davam etdirirlər. Axtarış işlərinin gedişi və nəticəsi haqqında ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.
İnterpress.az