Bunu jurnalistlərə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib. Nazir əlavə edib ki, rabitə xidmətləri göstərən \”Skype\”, \” Facebook\” , “WhatsApp\” daxil olmaqla heç bir sosial şəbəkəyə məhdudiyyət qoyulmayıb: “Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən \”Skype\”, \” Facebook\”, “WhatsApp\” da lisenzilayaşdırılmalıdır. Lisenzilaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.
Ə.Abbasov əlavə edib ki, oktyabr ayında regionun ən böyük Trier3 səviyyəli DATA-mərkəzi Azərbaycanda istismara veriləcək. Onun sözlərinə görə, DATA-mərkəzin istismara verilməsi bulud servislərin populyarlaşmasına və bulud texnologiyalara keçid prosesini sürətləndirməyə imkan yaradacaq: “DATA-mərkəz regionda fəaliyyət göstərən, məlumat emal edən bu cür mərkəzlərdən birincisi olacaq. Mərkəz həmçinin regionun digər ölkələri və “Google”, “Facebook” və digər böyük şirkətlərə xidmət göstərəcək. Bu bizim informasiya təhlükəsizliyi və kiber hücumlardan qorunmaq üçün çox vacibdir. Tələbatdan asılı olaraq, DATA-mərkəzin gücü artırılacaq\”.
İnterpress.az