Müsəlmanlar gələnə qədər niqab qadağan ediləcəkbackend

Müsəlmanlar gələnə qədər niqab qadağan ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müsəlman qadınların geyimi barədə məsələni Nazirlər Kabinetinin iclasında sosial məsələlər naziri Marqus Şaxkna qaldırıb.

Avropa proqramına əsasən ölkənin yaxın zamanda Afrikadan olan qaçqınları qəbul edəcəyini deyən nazir həmin insanların ölkəyə öz adət-ənənələrini gətirəcəyini vurğulayıb. Təklif edib ki, qaçqınlar gələnə qədər müsəlman qadınların üzünü örtən hicab geyinməsi qadağan edilməlidir: “Bunu qaçqınlar gələnə qədər etmək lazımdır ki, onlar Estoniyaya gəlməzdən əvvəl bu barədə bilsinlər. Biz onlara xüsusi status vermirik, onlar eston cəmiyyətinə qarışmalıdırlar”.

Qeyd edək ki, rəsmi Tallin proqrama uyğun olaraq ölkədə 156 qaçqının yerləşdirilməsinə razılıq verib.

İnterpress.az