Çempionlar Liqasında pley-offun cütləri müəyyənləşibbackend

Çempionlar Liqasında pley-offun cütləri müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya qrup mərhələsinə düşmək uğrunda mübarizəni davam etdirən 20 klub qatılıb.

Bunlardan 15-i III təsnifat mərhələsində qalib gəlibsə, digər 5-i yarışa pley-offdan qoşulanlardır. Nyondakı tədbirdə bu 20 klub 10 cütlük təşkil edib.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 18-19-da və 25-26-da keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar

“Astana” (Qazaxıstan) – APOEL (Kipr)
“Skenderbeu” (Albaniya) – \”Dinamo\” (Zaqreb, Xorvatiya)
“Seltik” (Şotlandiya) – “Malmö” (İsveç)
“Bazel” (İsveçrə) – “Makkabi” (Təl-Əviv, İsrail)
BATE (Belarus) – “Partizan” (Serbiya)

Qeyri-çempionlar

“Latsio” (İtaliya) – “Bayer” (Almaniya)
“Mançester Yunayted” (İngiltərə) – “Brügge” (Belçika)
“Sportinq” (Portuqaliya) – MOİK (Rusiya)
“Rapid” (Avstriya) – “Valensiya” (İspaniya)
“Monako” (Fransa) – “Şaxtyor” (Ukrayna)

İnterpress.az