Azərbaycan İranın dondurulmuş aktivlərini bərpa etməyi planlaşdırırbackend

Azərbaycan İranın dondurulmuş aktivlərini bərpa etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bu barədə İranın Mehr agentliyi ticari-iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan birgə komissiyasının rəhbəri Mehdi Möhtəşəmiyə istinadən yayıb.

“Azərbaycan nümayəndə heyətinin Tehranda görüşləri zamanı iki ölkə İranın 500 mln. ABŞ dolları həcmində aktivlərinin bloklanmadan azad edilməsi barədə razılığa gəlinib. Bu aktivlər iki ölkənin ticarətinə yönəldiləcək”, – deyə o bəyan edib.

Xatırladaq ki, bir qədər əvvəl agentlik İranın Azəırbaycan hökuməti və Azərbaycan Mərkəzi Bankına Azərbaycanda hesablarda saxlanılan istifadə edilməyən aktivlərin geri qaytarılması ilə bağlı müraciət etdiyi barədə məlumatlar yayıb.

İnterpress.az