Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq, mülayim cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Bölgələrdə də havanın əsasən bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
İnterpress.az