Bu sözləri “Panatinakos”un baş məşqçisi Yannis Anastasiod deyib.
UEFA Avropa Liqası pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Yunanıstan təmsilçisinin baş məşqçisi püşkün nəticəsini dəyərləndirib.
“Azərbaycan futbolu inkişaf edir. Bizim isə rəqibimiz haqqında geniş təsəvvürlərimiz yoxdur. Ancaq onların son zamanlar keçirdikləri oyunları diqqətlə izləyəcəyik və buna görə rəqibimizin xarakterini analiz edəcəyik”.
Xatırladaq ki, Avropa Liqasında ardıcıl üç mərhələ keçən “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə görüşəcək.
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq. (apa)
İnterpress.az