Avropa fond bazarlarında FTSE 100 indeksi 0,42% – 6 718,49 bəndədək, Fransa CAC-40-ı 0,72% – 5 154,75 bəndədək, Almaniya DAX-ı 0,81% – 11 490,83 bəndədək düşüb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 4 dollar artaraq 1 094,10 dollara, gümüş isə 0,14 dollar artaraq 14,82 dollara satılıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,79 dollar azalaraq 43,87 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,91 dollar azalaraq 48,61 dollar olub.
İnterpress.az