İranda kürd silahlıları polis bölməsinə hücum ediblərbackend

İranda kürd silahlıları polis bölməsinə hücum ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə PJAK-ın hərbi qanadı olan Şərqi Kürdüstan Müdafiə Birləşməsi açıqlama yayıb.

Məlum olub ki, hücum nəticəsində 20 nəfər öldürülüb. Hücumda əsas motivin İranın İnqilab Keşikçiləri Korpusunun atəşkəsi pozaraq partizanlara qarşı əməliyyatlar həyata keçirməsi göstərilir.

Kürdüstan əyalət hökumətinin rəsmiləri hücum faktını təsdiqləsələr də, insan itkisinin olmadığı bildiriliblər.

Qeyd edək ki, bu həftənin əvvəlində PJAK-ın adıçəkilən hərbi qanadı kürd əhalinin çoxluq təşkil etdiyi Kirmanşah əyalətindəki hücumda 12 İran əsgəri ilə yanaşı, İnqilab Keşikçiləri komandanının öldürüldüyü barədə açıqlama yaysa da, xəbər rəsmi çevrələrdə təsdiqini tapmayıb.

İnterpress.az