İnterpress.az xəbər verir ki, “Sülh mitinqi” üçün Van şəhərində çıxış edən Dəmirdaş, “HDP olaraq müzakirələrin davam etdirilməsini istəyirik” deyib. Partiya sədri PKK-ya və hökumətə səslənib:
“Bu gün iki tərəfə də səslənirik. PKK dərhal əlini tətikdən çəkməlidir, elan edilmiş atəşkəsə riayət edəcəyini elan etməlidir. Hökumət dərhal hərbi əməliyyatları dayandırmalı və müzakirə, dialoq üçün hazır olduğunu elan etməlidir. Cəmiyyətin də ən çox gözlədiyi budur”.
İnterpress.az