İnterpress.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 8-də rayonun Kolanı kəndində kənd sakini Sərhəd Şirəliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Habil Ədilovu qətlə yetirib.
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Şirəliyev tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “Tula” markalı tüfəng götürülüb.
İnterpress.az