İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda yanğın nəticəsində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan bir otaqlı mənzilin lambirdən ibarət tavanı 3 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.
Saatlıda ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin tüstü bacasının ətrafı 5 kv.m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, evin qalan hissəsi mühafizə olunub.
İnterpress.az