Qatarda yaşayan 23 yaşlı qızbackend

Qatarda yaşayan 23 yaşlı qız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada Leonie Müller adlı kollec tələbəsi icarə haqqı ödəməkdən bezdiyi üçün qatarda yaşamağa başlayıb.

Alman kollej tələbəsi öz mənzilini yazda tərk edib: “Bütün bunlar ev sahibimlə mübahisəm yarandıqdan sonra başladı. Mən qəfildən başa düşdüm ki, artıq orada yaşamaq istəmirəm. Əslində, mən daha heç yerdə yaşamaq istəmirəm”.

Başqa bir mənzil icarəyə götürmək əvəzinə gənc qız ölkədəki bütün qatarlara minmək icazəsi verən abunəlik alıb. İndi Müller qatarın hamam otağında başını yuyur və 190 mil sürətlə səyahət edərək kollej sənədlərini yazır.

Müller mənzilini tərk etdikdən sonra qazandığı azadlıqdan zövq aldığını bildirir: “Mən həqiqətən qatarda evimdəki kimi hiss edirəm. Burada mən çox sayda şəhərlər gəzib, xeyli insan görə bilirəm. Bu, hər zaman səyahətdə olmağa bənzəyir”.

23 yaşlı qızın qeyri-adi yaşayışı seçməsi onu Almaniya mətbuatının gündəminə gətirib. “Mən daima oxuyuram, yazıram, pəncərəmdən bayıra baxıram və xoş insanlarla qarşılaşıram. Qatarda hər zaman görüləsi iş var”,- deyə Müller alman TV-lərindən birinə müsahibəsi zamanı bildirib.

Müller mənzildə yaşamaq üçün 450 dollar ödədiyi halda, qatara abunəlik üçün 380 dollar ödəyir. Lakin, Müllerə görə bu onun tək qazancı deyil:
“Mən insanları öz vərdişləri və normal hesab etdikləri şeyləri sorğu-sual etməyə ruhlandırmaq istəyirəm. Düşünüləndən əlavə də çox saylı imkanlar olur. Növbəti macəra kandarda sizin onu tapmağınızı gözləyir”.

Müller gecələr tez-tez səyahət etsə də, qohumları və dostlarının evində gecələməyə çalışır. Adətən o sevgilisi, anası və ya nənəsi tərəfindən qonaq edilir.

Qatarda yaşamaq təhsil üçün də əlverişlidir: Müller blogda qeyri-adi təcrübə yazır. Gənc qızın buraxılış işi də onun qatardakı köçəri həyat təcrübələrinə əsaslanacaq. ( aznews.az )

İnterpress.az