“Əfv Komissiyasının sədrinin dəyişdirilməsi zərurət idi”backend

“Əfv Komissiyasının sədrinin dəyişdirilməsi zərurət idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfv Komissiyasının sədrinin dəyişdirilməsi zərurət idi”. İnterpress.az xəbər verir ki, bu sözləri  Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Əfv Məsələləri Komissiyasının tərkibi yenidən formalaşdırılıb. Bu məsələdə ictimai diqqət komissiyanın sədri Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevlə əvəzlənməsi olub. Baxmayaraq ki, Əfv Məsələləri Komissiyasına bir qayda olaraq PA rəhbəri sədrlik edir. Yəni, onsuz da PA rəhbəri postunu itirən və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinin daşıyan Ramiz Mehdiyev artıq komissiyaya sədrlik edə bilməzdi. Amma sosial şəbəkələrdə və mediada bu dəyişiklik AMEA prezidentinə növbət zərbə kimi qiymətləndirilib.

Əliməmməd Nuriyev də bizimlə söhbətində qeyd edib ki, komissiyanın tərkibində və rəhbərliyində dəyişikliyin olması bəzi şəxslərin hazırki statusda qurumda təmsil olunmasının qeyri-mümkünlüyü ilə əlaqədardır.

“Vəzifədən çıxarılanlar, yaxud başqa vəzifəyə keçirilənlər var. Onlar indiki statusla komissiyada təmsil oluna bilməzlər. Ona görə də tərkibin yenidən formalaşdırılması labüd idi. Komissiyanın sədri məsələsinə gəlincə, bu çox mühüm məsələdir. Sədr olmadan komissiyanın iclasları keçirilə bilməz. Əfv Komissiyasına da Prezident Administrasiyasının rəhbəri sədrlik etməlidir. Ona görə də sədrin dəyişməsi zərurətə çevrilmişdi”, – deyə Əliməmməd Nuriyev bildirib.

Komissiyanın Ramiz Mehdiyevin rəhbərlik etdiyi dövrdən fərqlənib-fərqlənməyəcəynə gəlincə, həmsöhbətimiz deyib: “Hazırda bütün dövlət qurumlarının qarşısına yeni vəzifələr qoyulub. Təbii olara onların təmsil olunduğu qurumlar da yeni situasiyaya uyğun fəaliyyət göstərməlidir. Bu baxımdan, müəyyən fərq olacaq”.

İnterpress.az