İlham Əliyev Qarabağdakı PKK düşərgələrindən danışdı: “Məhv edəcəyik”backend

İlham Əliyev Qarabağdakı PKK düşərgələrindən danışdı: “Məhv edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədən heç bir insan bu döyüşlərdə iştirak etmir. O ki qaldı xarici insanların bu döyüşlərə cəlb edilməsinə, bu, yalandır. Bu, bizə atılan böhtandır. Bununla bağlı bir dənə də sübut bizə gətirilmir. Sadəcə olaraq, Fransa və Rusiyadan belə açıqlamalar verildi. Vəssəlam”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, bu məsələ barədə kim mediada yazması maraqlı deyil:

“Bu, bizi maraqlandırmaz. Amma rəsmi şəxslərin bu cür açıqlamaları qəbuledilməzdir. Ya bunu sübut et, ya da öz sözlərini geri çək. Belə bir şey yoxdur, buna ehtiyac yoxdur. Azərbaycan kifayət qədər güclü orduya malikdir və bu məsələləri öz gücünə həll edir”.

“Xarici vətəndaşların iştirakına gəldikdə, bir baxsınlar Ermənistana. Orada nə qədər xarici terrorçu var. Orada PKK-lıların düşərgələri var, o cümlədən, Dağlıq Qarabağda da PKK-lıların düşərgələri var.

Artıq biz bölgəni işğalçılardan təmizləyəndən sonra o düşərgələri də yıxıb, məhv edəcəyik. Orada öldürülən terrorçuların arasında onların üzərindən Kanada, Livan pasportları çıxıb. Onlar erməni əsillidir və ya deyil, bu, başqa məsələdir.

Yəni başqa ölkənin vətəndaşı gəlir, orada müharibə aparır. Bu, muzdlulardır”, – deyə prezident vurğulayıb.

 

İnterpress.az