İnterpress.az xəbər verir ki, iqtisadçı Rusiya iqtisadiyyatının çökmə ərəfəsində olduğunu bildirib.
Ekspertin sözlərinə görə, belə bir ssenari nəinki Rusiyanın yaxın ətrafına, eləcə də Almaniyaya mənfi təsir göstərəcək. Zinn hesab edir ki, Rusiyanın valyuta ehtiyatı dövlət borclarını 2 il müddətinə ödəməyə yetər. Neftin qiymətinin düşməsindən sonra da xarici ticarətdəki profisitdən söhbət belə gedə bilməz.
Nəticədə Rusiya yeni borcların yaranmaması üçün idxalı radikal şəkildə azaldacaq. Bu da ölkə əhalisinə mənfi təsir göstərəcək.
İnterpress.az