“Günəşli”dəki insan itkisinin səbəbi bəlli oldu-VİDEObackend

“Günəşli”dəki insan itkisinin səbəbi bəlli oldu-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dənizdə hər zaman qasırğa olub və olacaq da. Neft sahəsində böyük tarixi təcrübəyə malik olan Azərbaycanda küləyin bu qədər böyük təlafata səbəb olması əslində bu sahədəki boşluqdan xəbər verir. Neft şirkəti ilə əlaqələrinin olduğunu iddia edən oxucumuz, İnterpress.az-a diqqət çəkən məlumatlar verib. Həmin şəxs iddia edir ki, “Günəşli”dəki yanğının bu qədər böyük faciə törətməsi, əslində Azərbaycan Dövlət Neft Şirkətindəki (ARDNŞ) korrupsiyanın nəticəsidir. Belə ki, platformada fövqəladə vəziyyətlərədə istifadə üçün nəzərdə tutulan qayıqlar sən demə, təhlükəsizlik standartlarına cavab vermirmiş. “ Günəşli”də çalışan keçmiş neftçi deyir ki, qayıqlar baha qiymətə rəsmiləşdirilib, amma çox ucuz qiymətə Cin firmalarının birindən alınıb: “Yəni “Günəşli”dəki qayıqlar Cin istehsalı olub. Keyfiyyəti standarta cavab vermədiyindən, elə ilk istifadədə də qayıq parçalanıb və neftçilərimiz suya qərq olublar. Tək bu faktın üstünə getməklə faciənin əsas günahkarlarını tezliklə ifşa etmək olar”. Sizə təqdim etdiyimiz videonu izləməklə, qayığın keyfiyyətinin hansı əhəmiyyət kəsb etdiyinin şahidi olarsınız.

Qeyd: Oxucumuzun iddialarına qarşı ARDNŞ-dən gələn bütün məlumat və faktları dərc etməyə hazırıq

İnterpress.az