Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandıbackend

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda açıqlama verən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 41 məsələ daxil edilib. Onun sözlərinə görə, bu məsələlərin bir neçəsi hökümətlərarası və dövlətarası sazişlərin təsdiqi ilə bağlıdır: “Bir çox qanunlara dəyişiklər nəzərdə tutulub. “Sərhəd Qoşunları haqqında”, “Notariat haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, “Dövlət sərhədi haqqında”, “Dövlət rüsumu haqqında”, Gömrük tarifi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, Milli Məclisin komitələri haqqında qanunlara və Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilməsi nəzərdə tutulub”.

Bundan başqa, gündəliyə İnzibati Prosessual Məcəlləsi, Torpaq Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklər təklif olunub. “Publik hüquqi şəxslər haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi isə ilk dəfə parlamentdə müzakirə ediləcək.

İnterpress.az