Bunu XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev “Terrorizmə qarşı İslam koalisiyası”na Azərbaycanın qoşulması barəsində sorğuya cavab olaraq, İnterpress-ə açıqlamasında bildirib.
H.Hacıyev bildirib ki, məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub və bu xüsusda, təmaslar davam etdirilir: \”Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hazırda məsələyə baxılır. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır\”.