Xəzərdə təhlükə ilə üzləşən iki balıqçı xilas edilibbackend

Xəzərdə təhlükə ilə üzləşən iki balıqçı xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumata görə, dekabrın 14-də, saat 13:00 radələrində xidmətin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə dənizdə balıqçı qayığında yaranmış texniki nasazlıq səbəbindən iki nəfər balıqçının həyatının təhlükə qarşısında qalması barədə məlumat daxil olub.

Sahildən iki mil aralıda yerləşən qayığın koordinatları dəqiqləşdirildikdən sonra həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Astara rayon Şahağacı kəndinin sakini Əliyev Elvin Ağaverdi oğlu və Kakalos kənd sakini Məmmədov Amil Valeh oğlu qayıqla birlikdə sahilə çıxarılıblar.

İnterpress.az