Uşaqlardan biri fiziki əngəllidir.
Uşaqlar jurnalistin döyülmə ilə bağlı suallarına belə cavab veriblər:
-Səni kim döydü?
-Şəhriyar Mürsəlov -Kəmalə müəllimə
-Saçınızdan yolurdu?
-Şəhriyar Mürsəlov- Hə… Deyirdi, daş düşsün başınıza.
Laçın rayon təhsil şöbəsinin müdiri Malik Vəliyev Meydan TV-yə bildirib ki, uşaqları döyən Kəmalə müəlliməyə şiddətli töhmət verilib:
“O müəllimi dəyişmişik. Onu başqa sinifə keçirmişik. Həmin sinifə də başqa müəllimə dərs deyir”.
Məktəbin direktoru Səxavət Məmmədov isə zənglərə cavab verməyib. ( meydan tv )
İnterpress.az