Tanınmış jurnalistdən sərt təpki – Kamran Əliyev BŞDYP əməkdaşıdır ya o saytın?backend

Tanınmış jurnalistdən sərt təpki – Kamran Əliyev BŞDYP əməkdaşıdır ya o saytın?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist hər-hansı bir hadisə baş verdikdə dərhal bu barədə ictimaiyyəti məlumatlandırmağa çalışır. Jurnalist etikasına uyğun olaraq jurnalist ilk öncə rəsmi qurumun mövqeyini dərc etməyə çalışır. Problem ondan ibarətdir ki, bir çox rəsmi qurumların mətbuat katibləri özlərini əlçatmaz hesab edərək jurnalistlərə yuxarıdan aşağı baxmaq yolunu seçiblər. Tanınmış teleaparıcı, jurnalist Ramal Hüseynov Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə bağlı sərt şərh paylaşıb. Şərhi olduğu kimi təqdim edirik:

“3 gündür Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlamağa çalışırıq. İlk zəngimizdə ümumiyyətlə telefona cavab vermir, ikinci gün telefonu aşır və ona zəng edən xanım jurnalistə deyir ki, mənə birazdan zəng edin. Iki gündür onu axtaran xanım məcbur qalıb səbəbini soruşur. Cavabında isə indi çörək yeyirəm, birazdan zəng edin deyir. Bu “Birazdan” axşama qədər davam edir. Biz zəng etməkdən utandıq artıq. O gün zəng etmədik. Səhəri gün yenidən digər müxbirimiz zəng edir və bu dəfə telefonu açır, mövzunu soruşur və yenə eyni cavab: “Mənə birazdan zəng edin” şəhər nömrəsi də verir ki, guya ora zəng edək. Biz də biraz keçir və verdiyi şəhər nömrəsinə zəng edirik: “Yığdığınız nömrə təyin edilməyib”. Təkrar günün sonuna kimi Kamran Əliyev cənablarına zəng edirik və telefonlarımız açılmır. Biraz keçir, bizim münasibət almağa çalışdığımız özəl məlumat başqa bir saytda yayımlanır və Kamran Əliyev o sayta bizdən dərhal öncə aşıqlama verir ki, məlumat o saytda məzh onların istədiyi kimi yayımlansın.
Mən bu hərəkəti anlamadım. Cənab Kamran Əliyev BŞDYP idarəsinin əməkdaşıdır ya o saytın? Halbuki, Kamran Əliyevi uzun illərdir tanıyıram. 90-cı illərdə Kamran Əliyev kanallara çıxmaq üçün hər bir jurnalistlə çox mehriban və şirindil rəftar edirdi. Televiziya işçisi olduğum üçün bunu yaxşı xatırlayıram. Elə ki, biraz etibar qazanır və müəyyən rütbələr alırlar, dərhal məmurluq psixologiyasına bürünürlər. İşləri məhz jurnalistlərlə işləmək olan mətbuat katibləri nədənsə jurnalistlərə yuxarıdan aşağıya baxmağı özlərinə şərəf bilirlər. Elə bilirlər ki, onlara lazım olan vaxt açıqlama verəcəklər və bununla da işləri yekunlaşır.
Bəzi saytların sayəsində jurnalistləri özlərindən asılı görməyə alışan mətbuat katibləri hansısa maraqlara görə bəzi saytlarla əməkdaşlıq edə bilərlər, amma kimliyindən asılı olmayaraq özünü jurnalist olaraq təqdim edən hər bir şəxsin suallarına cavab vermək üçün o yerə təyin edildiyinizi sizə xatırlatmaq istəyirəm.
Kamran Əliyevi qınamıram, sadəcə o deyil, bir çox nazirliklərin mətbuat katiblərinin ictimaiyyətlə ciddi problemləri var deyəsən. Burda ictimaiyyət deyəndə əlbətdəki jurnalistləri nəzərdə tuturam. Çünki jurnalistlərə bavab verməyən insanlar sadə xalqın nümayəndəsinin üzünə heç baxmazlar. Mən təklif edirəm ki, bütün qurumların mətbuat katibləri ciddi treyninqlərə məcburi göndərilsin. Çünki onların buna ciddi ehtiyacları var.
Kamran müəllimlə yanaşı bir digər qurumun nümayəndələri də bu kurslara qatılmalıdır. Özünüinkişaf hər zaman lazımdır. Məmur psixologiyasından bu şəxsləri qurtarmaq lazımdır.
Bu vəzifəyə gələnləri ictimaiyyətlə, yəni jurnalistlərlə işləməkdən, onlarla dost ola bilməkdən kim qorxudub?”(7news)

Interpress.az