ABŞ-da professoru hicabına görə universitetdən qovdularbackend

ABŞ-da professoru hicabına görə universitetdən qovdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə dünyaya demokratiya nümunəsi kimi göstərilən ABŞ-da baş verib.
Amerikanın Çikaqo Universitetinin Siyasi Elmlər Bölümünün professoru Larisa Havkinsi başına hicab örtdüyü üçün universitetdən qovulsa da özünü saf mübarizədə və saf niyyətdə gördüyü üçün çox xoşbəxt olduğunu deyib.
İnterpress.az-ın xarici mediyaya verdiyi açıqlamaya görə, müsəlmanlarla həmrəy olduğunu göstərmək məqsədi ilə başına hicab örtən Larisa Havkinsi işini itirib.
Xristian olan professor L.Havkins islam ilə xristianlıq arasında çox güclü bağlar olduğunu vurğulayaraq, islama qarşı olan hər bir etirazın qarşısına çıxdığını ifadə etmək üçün hicab taxdığını söyləyib.
O, facebook sosial şəbəkəsində, kilsəyə gedən xristian qadınlara başını örtməyi məsləhət görərək yazıb: “Allah xristianı da, müsəlmanı da eyni torpaqdan yaratdı. Müsəlmanlar da bizim kimi onlara göndərilən müqəddəs kitaba inanır və tək Allaha ibadət edirlər”.

Abuzər
İnterpress.az